Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:07

MH370 müəmmasının xronologiyası


MH370 xronologiyası

- Martın 8-ə keçən gecə, saat 00.41-də gövdəsində 227 sərnişin və 12 heyət üzvü olan MH370 təyyarəs Kuala Lumpurdan havaya qalxır.
- Uçuş planına əsasən MH370 saat 06.30-da Çin paytaxtı Pekində yerə enməli idi. Lakin artıq 2 saatdan sonra Boeng 777 təyyrəsi bütün radarlardan yoxa çıxır.
- Təyyarə ilə sonuncu danışıq saat 01.19-da baş verib. Həmin anda MH370 10600 metr hündürlükdə olub. Təyyardən deyilən sonuncu sözlər isə «Hər şey qaydasında, gecəniz xeyrə qalsın» olub.
- Ərazidə hava şəraiti normal olduğundan və heç bir həyəcan və ya kömək siqnalları qeydə alınmadığından MH370-in qeybə çıxması onu tarixin açılmamış sirrləri sırasına daxil etdi.
- Sonradan xəbər yayıldı ki, saat 08.11-də təyyarədən göndərilən siqnal peyk tərəfindən qeydə alınıb. Havaya qalxandan 7 saat sonra təyyarənin siqnal göndərməsi, sərnişinlərin yaxınlarının yeni ümidinə, yeni axtarışlara və MH370 sirrinin yeni ehtimal versiyalarına səbəb oldu.
- Martın 24-də Malayziya rəsmiləri təyyarə sərnişinlərinin sağ qalması ümidinin itdiyi haqda açıqlama verdilər.
- Qazaxstandan – Antarktiyada qədər ərazilərdə gedən axtarışların miqyası Avstraliyanın çənubi-qərbində Hind okenının sularına qədər məhdudlaşdırılsa da, yenə də söhbət nəhəng ərazidən, saman içində iynə axtarmqdan gedirdi.
XS
SM
MD
LG