Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:27

Malaysia Airlines-in təyyarəsinin sirri haqda yeni xəbər (VİDEO)


Çinlilər itən təyyarədən gələn siqnalları belə tuturlar
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Çinlilər itən təyyarədən gələn siqnalları belə tuturlar

-
CNN xəbər verir ki, Malaysia Airlines şirkətinə məxsus MH320 təyyarəsinin hərəkət ardıcıllığı belə bir şübhə doğurub ki, onu idarə edənlər Malayziyanın radar sistemlərdinən yayınmağa çalışıblar. Bu xəbər hələlik rəsmi təsdiqini tapmayıb. Ümumiyyətlə təyyarənin qalıqları aşkar edilməyənə rəsmilər hər hansı nəticəyə üstünlük verməyə ehtiyyat edirlər. Son bir ayda mükün səbəblər arasında MH370-in heyətinin qəsdən təyyarənin məhv etmə versiyası da səslənib.

Son günlər genişmiqyaslı beynəlxalq axtarışların əldə etdiyi nəticələr təyyarənin tapılmasına ümidlər doğurub. Şənbə günü Hind okeanında Çin gəmisinin tutduğu siqnallar mart ayında yoxa çıxan Malaysian Airlines təyyarəsinin qara yeşiyindən şüalana bilər.

MH370 müəmmasının xronologiyası

MH370 xronologiyası

- Martın 8-ə keçən gecə, saat 00.41-də gövdəsində 227 sərnişin və 12 heyət üzvü olan MH370 təyyarəs Kuala Lumpurdan havaya qalxır.
- Uçuş planına əsasən MH370 saat 06.30-da Çin paytaxtı Pekində yerə enməli idi. Lakin artıq 2 saatdan sonra Boeng 777 təyyrəsi bütün radarlardan yoxa çıxır.
- Təyyarə ilə sonuncu danışıq saat 01.19-da baş verib. Həmin anda MH370 10600 metr hündürlükdə olub. Təyyardən deyilən sonuncu sözlər isə «Hər şey qaydasında, gecəniz xeyrə qalsın» olub.
- Ərazidə hava şəraiti normal olduğundan və heç bir həyəcan və ya kömək siqnalları qeydə alınmadığından MH370-in qeybə çıxması onu tarixin açılmamış sirrləri sırasına daxil etdi.
- Sonradan xəbər yayıldı ki, saat 08.11-də təyyarədən göndərilən siqnal peyk tərəfindən qeydə alınıb. Havaya qalxandan 7 saat sonra təyyarənin siqnal göndərməsi, sərnişinlərin yaxınlarının yeni ümidinə, yeni axtarışlara və MH370 sirrinin yeni ehtimal versiyalarına səbəb oldu.
- Martın 24-də Malayziya rəsmiləri təyyarə sərnişinlərinin sağ qalması ümidinin itdiyi haqda açıqlama verdilər.
- Qazaxstandan – Antarktiyada qədər ərazilərdə gedən axtarışların miqyası Avstraliyanın çənubi-qərbində Hind okenının sularına qədər məhdudlaşdırılsa da, yenə də söhbət nəhəng ərazidən, saman içində iynə axtarmqdan gedirdi.
Bu haqda aprelin 6-da Avstraliyanın Perth şəhərində keçirilən mətbuat konfransında MH370 təyyarəsinin axtarışına rəhbərlik edən Avstraliya rəsmiləri xəbər veriblər.

Mətbuat konfransında bildirlib ki, Çinə məxsus gəmi Hind okenının cənubunda 2 gün ərzində 2 dəfə zəif siqnal qeydə alıb. Siqnalların bir aya yaxındır axtarılan MH370 təyyarəsinin qara yeşiyindən şüalandığı ehtmal olunur.

“Mən təsdiq edə bilərəm ki, Çin gəmisinin tutduğu siqnallar haqda bizə məlumat verilib, eyni zamanda vurğulamaq istəyirəm ki, bu siqnalların yoxa çıxan təyyarədən qaynaqlandığı hələ təsdiq olunmayıb” - deyə Axtarışların koordinasiyası agentliyinin nümayəndəsi Angus Houston bildirib.

Houston qeyd edib ki, tam mənzərəni müəyyən etmək üçün Çin rəsmilərindən ətraflı məlumat gözləyirlər. Onun sözlərinə görə, Çin gəmisi 2 dəfə uzunluğu ümumiıikdə 90 saniyəlik siqnallar qeydə alıb. Hər 2 halda siqnalların tezliyi 37,5 kHz tezliyindədir ki, bu da itən təyyarənin qara yeşiyinin siqnal göstəriciləri ilə üst-üstə düşür. Onun sözlərinə görə, 1-ci və 2-ci dəfə siqnalların qeydə alındığı nöqtələr arasında məsafə 2 kilometrdən azdır.

Mətbuat konfransının gedişində xəbər gəldi ki, Avstraliyaya məxsus Ocean Shield gəmisi də siqnal tutub. Lakin Houston siqnalın tezliyi və koordinatları haqda hələlik məlumat yoxdur.

Eyni ərazidə yenə də Çinə məxsus axtarış təyyarəsi suyun səthində üzən obyektlər müşahidə edib. Houstonun sözlərinə görə, həmin yerdə okeanın dərinliyi 4 min metrdən artıqdır, belə dərinlikdən nəyinsə çıxarılması çox mürəkkəbdir.

Avstraliyanın yaratdığı birgə axtarış mərkəzinin saytında bildirlir ki, bazar günü Malaysia Airlines şirkətinin MH370 təyyarəsinin axtarışına 10-a qədər hərbi, 2 mülki təyyarə və 13 gəmi cəlb olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG