Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:26

ABŞ İrana qarşı qadağaları qaldırır


Boeing 777-300ER
Boeing 777-300ER
-
ABŞ Maliyyə Nazirliyi təyyarə istehsal edən «Boeing» və mühərriklər hazırlayan «General Electric» şirkətlərinə İranın kommersiya təyyarələri üçün ehtiyat hissələri satmağa icazə verib.

Bu barədə hər iki şirkətin nümayəndələri məlumat veriblər.

«General Electric» nümayəndəsi Reuters-ə deyib ki, şirkətin 1970-ci ildə İrana satdığı 18 mühərrikə xidmət göstərilməsi ilə bağlı etdiyi müraciətə Maliyyə Nazirliyi müsbət cavab verib.

Gələn həftə «General Electric» və İranın «İranair» hava şirkətinin nümayəndələrinin Türkiyədə görüşü gözlənir.

«Boeing» nümayəndəsinin dediyinə görə, verilən razılıq yalnız 1979-cu ilə qədər İrana satılmış təyyarələrə xidmət və ehtiyat hissələri göndərməklə bağlıdır. Şirkət nümayəndəsi bu razılığın İrana yeni təyyarələrin satılmasına imkan vermədiyini bildirib.

İranın kommersiya təyyarələri üçün ehtiyat hissələrinin satışına qadağa 1979-cu ildə, Amerika diplomatlarının Tehranda girov götürülməsindən sonra qoyulub.

Reuters-in İran rəsmilərinə istinadən yazdığına görə, 1990-cı ildən sonra İranda 200-dən çox təyyarə qəzası olub ki, bunun da nəticəsində 2 mindən çox adam ölüb.
XS
SM
MD
LG