Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:29

Sosial Tərəqqi 2014: Azərbaycan 132 ölkə arasında 73-cüdür


Sosial tərəqqi indeksinə görə dünya ölkələrinin xəritəsi.

Sosial tərəqqi indeksinə görə dünya ölkələrinin xəritəsi.

Beynəlxalq Sosial Progress İmperative analitik qrupunun reytinq cədvəlinə əsasən Azərbaycan sosial tərəqqi indeksində Cənubi Qafqaz regionunda ən pis göstəricilərə malikdir.

Sosial Tərəqqi illik reytinqində Azərbaycan 73-cü, Ermənistan 60-cı, Gürcüstan isə 66-cı yerdə qərar tutub.

Azərbaycanın digər qonşuları – İran və Türkiyə müvafiq olaraq 91 və 64-cü yerdədirlər.
Sosial Tərəqqi indeksini təşkil edən daxili parametrlərdə də Azərbaycanın göstəriciləri ürəkaçan deyil.

İndeksin tərtibində bir neçə parametr nəzərə alınıb.

Məsələn, Təməl İnsan Ehtiyacları parametrinə görə (bura içməli suyun keyfiyyəti, sanitariya kimi faktorlar daxildir) Azərbaycan 132 ölkə arasında 85-cidir. Bu göstərici üzrə Azərbaycanın Cənubi Qafqaz qonşuları Ermənistan və Gürcüstan müvafiq olaraq 39 və 53-cü yerləri tuturlar.

Rifahın Əsasları adlanan parametrdə təməl biliklərə və informasiyaya çıxış imkanları nəzərə alınıb.

Bu bölümdə Ermənistan 62-ci, Azərbaycan 67-ci, Gürcüstan isə 70-ci yeri tutur.
Azərbaycanın ən pis göstəriciləri isə “İmkanlar” adlı bölümə düşür. Burada şəxsi hüquqlar və azadlıqlar əsas götürülüb.

Bu faktora görə Azərbaycan 99-cu, Gürcüstan 73, Ermənistan isə 79-cu yeri tutub.
Ümumiyyətlə isə Gross Domestic Product indeksinə alterniativ olaraq keçirilən Sosial Tərəqqi reytinqi 50-dək müxtəlif faktoru araşdırıb.

Builki reytinq cədvəlində birinci yeri Yeni Zelandiya tutub. Onun ardınca İsveçrə, İslandiya və Hollandiya gəlir.

ABŞ, Fransa, İtaliya və Yaponiyanı geridə qoyan Britaniya 13-cü yerdədir, lakin Almaniyadan geridə qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG