Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:44

İki ölkənin qeyri-hökumət təşkilatları insan haqlarından danışdılar


Foto: Arxiv
Foto: Arxiv
-
Budapeştdə Azərbaycan və Macarıstanın qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirakı ilə «Azərbaycanda və Macarıstanda fundamental insan haqlarının həyata keçirilməsi istiqamətində qabaqcıl təcrübənin paylaşılması» mövzusunda elmi-praktiki konfrans keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, açılış mərasimində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edib.

Çıxışçı demokratik islahatlar, vətəndaş cəmiyyətinin qurulması, əsas insan haqlarının və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən işlərdən bəhs edib və konfrans iştirakçılarına uğur arzulayıb.

Xəbərdə deyilir ki, 15 Azərbaycan QHT rəhbərləri və təmsilçiləri aprelin 1-dən 4-nə qədər Budapeştdə olub, macar həmkarları ilə müzakirələr aparıb, vətəndaş cəmiyyəti fəallarının işi ilə yaxından maraqlanıb, təcrübə mübadiləsi aparıblar.

Səfər çərçivəsində onlar Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinə də baş çəkiblər.

Səfir Vilayət Quliyev azərbaycanlı QHT fəallarına Azərbaycan-macar əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında məlumat verib, qonaqları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG