Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:08

Shoigu: "8 min Ukrayna hərbçisi Rusiya ordusuna qoşulmaq qərarını verib"


Shoigu
Shoigu
Rusiyanın müdafiə naziri Shoigu deyib ki, 8 min Ukrayna əsgəri Krımda qalmaq və Rusiya ordusuna qoşulmaq qərarını verib.

O bildirib ki, Rusiya əsgərlərinin Ukrayna hərbi xidmətçilərini incitməsi haqda Ukrayna rəsmilərinin dedikləri həqiqətə uyğun deyil və provokasiyadır.

Nazir deyib ki, Krımda qalan Ukrayna silahlarını və texnikanı Rusiya Ukraynaya verir.

Ancaq Shoigu keçən ay Rusiyanın zəbt etdiyi onlarla Ukrayna gəmisi haqda heç nə deməyib.

Rusiyanın Krımı anneksiyasını BMT Baş Məclisinin qətnaməsi, ABŞ və Avropa Birliyi rədd edir.
XS
SM
MD
LG