Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:44

Gülər Əhmədova azadlığa çıxmalıdır? [Video]


-
«İşdən Sonra» verilişində hüquqşünaslar Ramiz Zeynalov və Müzəffər Baxışov mediada və sosial şəbəkələrdə Gülər Əhmədovanın azadlığa çıxacağı ilə bağlı yayılan fikirləri müzakirə ediblər.

«GÜLƏR ƏHMƏDOVANI MÜDAFİƏ ETMƏK LAZIMDIR»

Hüquqşünas Ramiz Zeynalov Gülər Əhmədovaya bəraət verilməsini istəyir:

«Gülər Əhmədova deputat mandatından ona görə imtina etdi ki, hadisəyə obyektiv qiymət verilsin, təqsirkarlar cəzalandırılsın. Elşad Abdullayevin iddiaları Sevinc Babayeva ilə birlikdə qurduğu saxta videodan başqa bir şey deyil. Mən təəssüf edirəm ki, KİV-lərin heç birində Gülər Əhmədovanı müdafiə edən olmadı. Əksinə, onun barəsində böhtanlar yayıldı. Mandatından imtina edərək, saxtakara qarşı mübarizə aparmaq istəyən birini müdafiə etmək lazım idi. Ona görə ki, o, iqtidaryönlü idi. Həmkarlarından da heç biri Gülər Əhmədovanın müdafiəsiylə bağlı addım atmadı. Elşad Abdullayevi dindirən şəxslər var. Bu şəxslərin əksəriyyəti indi də Prezident Administrasiyasında əyləşib. Həmin adamların marağı dövlət başçısının, Ramiz Mehdiyevin istefasına nail olmaq, ölkədə qarışıqlıq yaratmaqdır...».
«Apellyasiya Məhkəməsi Ağır Cinayətlər Məhkəməsinin qərarını ləğv etməli və bəraət hökmü çıxarmalıdır. Bundan başqa, Gülər Əhmədova öz ərizəsi ilə deputatlıqdan imtina etdiyi üçün onun deputat statusu da bərpa olunmalı və o, millət vəkili kimi fəaliyyətini davam etdirməlidir».

«CİNAYƏTİN OBYEKTİ YOXDUR»

Hüquqşünas Müzəffər Baxışov cinayət işini məntiqsiz sayır:
«Gülər Əhmədova iqtidarı müdafiə edirdisə, iqtidar niyə onu müdafiə etmədi? Həmin videonun real olduğunu YAP-ın üzvləri də qəbul etdi. Ekspertizanın rəyi də videonun real olduğunu göstərir. Birincisi, Gülər Əhmədova rüşvət cinayətinin subyekti ola bilməz. Çünki onun deputat seçmə səlahiyyəti yoxdur. Digər bir tərəfdən, Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi açılıb, məhkəməyə göndərilib. Ancaq bu ittihamda Elşad Abdullayev zərərçəkmiş kimi tanınmayıb. Obyektə ziyan dəyməyibsə, obyekt olmadığına görə cinayət yoxdur. Bu baxımdan Gülər Əhmədovanın cinayət işinə xitam verilməlidir...».

«Bu cinayət işi prokurorluğun savadsızlığının göstəricisidir. Ziyan çəkən olmadan, obyekt olmadan cinayət işini məhkəməyə göndəriblər. Heç inanmıram ki, Apellyasiya Məhkəməsi Gülər Əhmədovaya bəraət verəcək. Çünki Azərbaycanda hüquqi dəyərlər itib. Belə bir hal olsa, o hakimin alnından öpərəm...».
XS
SM
MD
LG