Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:19
-
Daşkənddəki “Davrpress” nəşriyyat- mətbəə evində özbək dilində “Azərbaycan yazıçılarının hekayələri” kitabı çap edilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, kitabda Azərbaycan yazıçılarından Anarın “Qırmızı limuzin”, “Vahimə”, Sabir Rüstəmxanlının “Daş rəngi”, “Qayalar arasındakı vəd”, “Bacı”, Elçin Hüseynbəylinin “Yağış”, “Keçid dövrünün toyuğu”, “Nar”, Kamran Nəzirlinin “Qorxulu məhəbbət”, “Üç milyon dollarlıq ürək”, Rəşad Məcidin “10 sentyabr”, Hidayətin “Ömürdən uzun gecə”, İlqar Fəhminin “Görüş”, Ülvi Bünyadzadənin “Sədaqət”, “İnsan” və s. hekayələri toplanıb.

Kitabı Azərbaycan dilindən özbək dilinə Özbəkistanın “Darakçi” qəzetinin baş redaktoru, tərcüməçi Rüstəm Cabbarov tərcümə edib.

Kitab Özbəkistanın kitabxanalarına, ali məktəblərinə, Azərbaycan ədəbiyyatına dair tədqiqat aparan mütəxəssislərinə, Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutuna paylanacaq.

Kitabda müəlliflər haqqında qısa məlumat da verilib.

“Azərbaycan yazıçılarının hekayələri” kitabı Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG