Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:18

“Evimi sökən özəl şirkətdir, ancaq alveri icra hakimiyyəti aparır”


Həsən Camalov və 13 övladı

Həsən Camalov və 13 övladı

“Ötən məhkəmə iclasından sonra bu məsələlər həll olunmalıydı. Mənimlə danışıq aparmalıydılar, evimin əsl dəyərini ödəməliydilər. Ancaq hər şey gözlədiyimizin əksinə oldu. Ötən məhkəmədə bizə 380 min manat təklif edirdilərsə, Novruzqabağı mənə məktub yollayıblar ki, 350 min manat veririk. Mən hələ keçən dəfə dedim ki, 380 min manatla razılaşmıram. Bunlar məbləği qaldırmaqdansa, 350 min manata endiriblər. Bu nə deməkdir? İnsanların heysiyyatı və əsəbləri ilə oynayırlar. Bizi ələ salırlar”.

Aprelin 3-də 2 saylı İnzibati İqtisadi Məhkəməsində hakim Zaur Tağıyevin sədrliyi ilə Bakıxanov qəsəbəsinin sakini Həsən Camalovun Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiasına baxılırdı.

700 MİN MANATLIQ TƏLƏBİN QARŞISINDA 350 MİN MANAT TƏKLİFİ

Həsən Camalov 13 uşaq atasıdır. 2008-ci ildə Bakıxanovda torpaq sahəsi alıb və 3 mərtəbəli ev tikib. 2 il əvvəl tikinti-təmiri başa çatdırıb ailəsiylə yenicə ora yığışıb ki, qapını Sabunşu icra hakimiyyətinin işçiləri döyüb. Belə ki, “Bərgüşad-Ş” şirkəti Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 26/1 ünvanda - onun evinin 3 metrliyində 11 mərtəbəli bina tikib. Həsən Camalov binanın onun mülkünə və ailəsinə təhlükə yaratdığını əsas gətirərək sökülməsini tələb edir. Şirkət və Sabunçu icra hakimiyyəti isə yalnız onların təklif etdiyi məbləğ ilə razılaşıb ərazidən köçməsini israr edir. Şirkət də onun evini söküb binanın qarşısıında avtomobil dayanacağı tiksin. Həsən Camalov kompensasiyanın məbləği ilə razılaşmır. O, sahəsi 488 kvadratmetr olan 3 mərtəbəli binaya görə şirkətdən 700 min manat tələb edir. Şirkət isə deyir, 350 min manatdan artıq vermirik.

Həsən Camalov məhkəmədə iddia etdi ki, “Bərgüşad-Ş” şirkətinin arxasında Sabunçu rayon icra hakimiyyəti dayanıb,:

“Evimi sökən özəl şirkətdir, ancaq mənimlə alveri Sabunçu rayon icra hakimiyyəti aparır. Şikətin adından mənə məktub göndəriblər ki, 350 min manat kompensasiya ödəyirlər. Möhtərəm hakim, sizi inandırıram ki, heç o məktubu imzalayan Cavid adlı şəxsin bu məktubdan xəbəri də yoxdur. O adam formal olaraq icraçı direktordur. Bu şirkət Sabunçu rayon icra hakimiyyətinin rəhbərinə məxsusdur. Məktub da orada hazırlanır, imza da orada qoyulur. Məktubdakı rəsmi ünvan da saxtadır. O ünvanda belə bir şirkət fəaliyyət göstərmir, bu şirkətin heç ofisi belə yoxdur”.

Şirkətin nümayəndəsi kompensasiyanın məbləğini məhkəmədə belə əsaslandırırdı ki, evin sahəsi Çıxarışda 488 kvadratmetr yox, 321 kvadratmetr göstərilib. Kompensasiya hesablanarkən də sənəddə göstərilən sahə nəzərdə tutulub. Həsən Camalovun vəkili Hidayət Süleymanovsa razılaşmırdı:
Mübahisəli ev

Mübahisəli ev


"QANUN DEYİR, QARDAŞ, İSTƏDİYİM PULU VER, SONRA SÖK"

“Mənzilin sahəsinin 488 kv metr real ölçüsü texniki pasportda qeyd olunub. Qarşı tərəf isə deyir, mən texniki pasportu sənəd hesab etmirəm. Çıxarışı əsas götürür. Dövlətin verdiyi istənilən sənəd qanuni sənəd hesab olunur. Texniki pasportu da dövlət verir və Çıxarış da Texniki pasporta əsasən tərtib edilir. Əgər hansısa dövlət məmuru səhlənkarlıq edib Çıxarışda sahənin ölçüsünü düzgün göstərməyibsə, o demək deyil ki, mülkiyyətçi səhv verilmiş həmin sənədə uyğun kompensasiya almalıdır. Ev yerində durur, gəlsinlər, ölçsünlər, real ölçüyə uyğun kompensasiyanı ödəsinlər.
“Biz də bilirik ki, Sabunçu rayonu ərazisində abadlaşdırma, yaşıllaşdırma işləri aparılır, köhnə tikililər sökülür, yerində yeniləri tikilir. Ancaq bütün bunlar qanun çərçivəsində olmalıdır. Qanun deyir ki, qardaş, camaatın evinin pulunu ver al, sök, sonra yüksək bina ucalt”.

Həsən Camalov məhkəmənin nəzərinə çatdırdı ki, artıq məhkəmə çəkişmələrindən bezib, bilmir 13 balasının müşkülləri ilə məşğul olsun, yoxsa Sabunçu rayon icra hakimiyyəti ilə çarpışsın. O, hakimdən şirkət qarşısında konkret tələb qoyulmasını istədi. “Bərşüşad-Ş” şirkətinin nümayəndəsi isə bildirdi ki, şirkətin 350 min manatdan artıq məbləğ ödəmir.

Sabunçu rayon icra hakimiyyətinin nümayəndəsi məhkəmənin nəzərinə çatdırıb ki, Həsən Camalova təklif olunan kompensasiya mənzilin Çıxarış sənədində göstərilən ölçüyə uyğun hesablanıb.

Bir-birləri ilə razılığa gəlməyən tərəflərin ortasında qalmış hakim məhkəmə prosesinin başa çatdığını və növbəti prosesdə qərar çıxarılacağını elan etdi. Növbəti iclas aprelin 16-da keçiriləcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG