Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:21

Erdogan Konstitusiya məhkəməsinin qərarına tabe olur, ancaq razı deyil


Arxiv fotosu
Arxiv fotosu
Türkiyənin baş naziri Erdogan Konstitusiya məhkəməsinin Twitterə qadağanı götürən qərarını tənqid edib. O, deyib ki, “biz bu qərara tabe oluruq, ancaq hörmət etmirik”.

Twitterə qadağanı hökumət martın 21-də qoymuşdu, məhkəmə aprelin 2-də götürdü.
Türkiyədə keçən bazar günü keçirilən bələdiyyə seçkiləri ərəfəsi Twitter, Youtube və Facebook bağlanmışdı.

Erdoğan Twitterə qadağanı söz azadlığının pozulması hesab etmir. O, belə tənqidləri rədd edərək deyir ki, Twitter kommersiya şirkətidir.
XS
SM
MD
LG