Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:14
İranda yeni hökumətlə bal ayı başa çatdı. İranda Novruz bayramından sonra xidmət haqları 24 faiz artıb. Bunu xəbəri verən BBC yazır ki, prezident Hasan Ruhaninin başqa yolu yoxdur. Çünki pul çatmır.

İşıq 20 faiz bahalanıb, su 20 faiz.

Tehranlı Gulamrza adlı bir nəfər deyir ki, benzin də bahalansa, o, avtobusla gedib-gələcək.

İran hökuməti yanacağa və enerjiyə subsidiyaları kəsir. İldə 60 milyard dollar olan bu subsidiyalar nəticəsində İranda benzin mineral sudan ucuz idi.

*** Maye qaz daşıyan tanker, Hollandiya

Maye qaz daşıyan tanker, Hollandiya


Economist yazır ki, Ukraynanın qaza borcuna görə,Qazprom Ukraynaya qaz verməyi dayandıra bilər. Bunun Ukraynadan Avropaya gedən qaza dəxli olmamalıdır. Ancaq Ukrayna bu qazdan götürməsin deyə, Qazprom Ukraynadan keçən qazı bütünlüklə dayandıra bilər. Bu da Avropaya təsir edəcək. Avropa qaza ehtiyacının 24 faizini Rusiya qazı hesabına ödəyir. Avropanın Rusiyadan aldığı qazın yarısı Ukraynadan keçməklə gəlir.

Jurnal yazır ki, bir neçə illik müddəti götürəndə Avropa Rusiya qazından asılıdır.
Məhz bu səbəbdən Putin əmindir ki, Krıma görə Avropa səsini çıxarmayacaq.
Ancaq uzun müddəti götürəndə Avropanın Rusiya qazından asılılığı azala bilər.
Bu, Rusiyaya da təsir edəcək. Rusiyanın ixracdan illik gəliri 515 milyard dollardır.Bunun 70 faizini neft-qaz ixracı verir.

***

Jane’s Terrorism and Security Monitor yazır ki, Youtube-a qoyulan və sonra Kavkaz Center vebsaytında yayılan videoda Aliaskhab Kebekov ( Ali Abu Muhammad al-Dagestani) özünü Qafqaz Iəmirliyinin yeni əmiri elan edir. Bundan bir neçə saat qabaq isə eyni sayt əvvəlki əmir Dokka Umarov haqda başsağlığı verib.

Kebekov kimdir? O, etnik avardır, 1971-ci ildə anadan olub. Onun 40 illik həyatı haqda dəqiq məlumat yoxdur. İngilis dilli medianın indi ən çox istinad etdiyi yazını bir rusiyalı jurnalist martın 21-də dərc edib. Orda iddia olunur ki, Kebekov 10 il əvvəl Suriyaya gedib, orda ərəb dilini və islam ilhaiyyatçılığını öyrənib, 2009-cu ildə Dağıstana qayıdıb.

2011-ci ilin yayında yayılan videoda o, qazı kimi təqdim olunurdu. 2011-ci ilin sonunda onun yaydığı videoda isə deyilirdi ki, müsəlmanlar Rusiyadakı seçkidə iştirak etməməlidir. Bu video yayılandan sonra Rusiya Kebekovu terrorçu siyahılsına aid etdi. Kebekov əvvəlcə yeni əmir olmaq istəmirdi, çünki hərbi təcrübəsi yoxdur. Ancaq sonradan bu vəzifəni tutmağa razı olub və silahlı mübarizəni davam etdirməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG