Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:24

Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Ozel ilə görüşüb


Arxiv fotosu
Arxiv fotosu
-
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Ozel ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İki dövlət arasında sərhəd əməkdaşlığının hazırkı vəziyyəti və onun inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib.

Sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşün sonunda Necdet Ozelə iki ölkə arasında sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Elçin Quliyevin əmri ilə təltif edildiyi Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı təqdim olunub.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Ismayıl Alper Coshgun iştirak edib.
XS
SM
MD
LG