Keçid linkləri

Təcili xəbərlər

Facebook Messenger-də səsli danışıq mümkün oldu


-
Facebook Messenger-ə yeni bir xüsusiyyət əlavə olunub. Bu xüsusiyyət Facebook-dan pulsuz zəng etməyə imkan verir.

Facebook-un bir müddətdir ABŞ və Kanada istifadəçilərinə çatımlı olan səsli danışma xidməti artıq bütün dünya istifadəçilərinə təqdim edilib. Xidmətdən istifadə etmək üçün Facebook Messenger-in ən son versiyasını yükləmək və ya yeniləmək lazımdır.

Ancaq telefonunuz WiFi-a qoşulu olmalıdır. Danışmaq istədiyiniz şəxs də Facebook Messenger-in ən son versiyasından istifadə etməlidir.
XS
SM
MD
LG