Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:26

Prezident “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində olub


-
Aprelin 4-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus 2014” VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

Bu il sərgidə 38 ölkədən 351 şirkət və təşkilat təmsil olunur. Sərgi iştirakçılarının 60 faizdən çoxunu xarici, 40 faizini isə yerli şirkətlər təşkil edir.

Sərgidə Azərbaycandan başqa Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Rusiya, Tailand, Türkiyə, Fransa, Monteneqro və Çex Respublikasından 24 milli və regional qrup iştirak edir.

“AITF-2014”də 80-dən çox turizm marşrutu nümayiş olunur. Bunların arasında Misir, Gürcüstan, Macarıstan, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand, Monteneqro və s. ölkələr xüsusi yer tutur. Builki sərgidə Argentina, Dominikan Respublikası, Çin və Xorvatiya yeni turizm marşrutları ilə turistlərin diqqətini cəlb edir. Birillik fasilədən sonra Hindistan, Yunanıstan və Malayziya milli stendləri də yenidən sərgidə iştirak edir. Sərginin debütantları arasında Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri də yer alıb.

Regional ekspozisiyada Qəbələ, Qax, Quba, İsmayıllı, Zaqatala, Lerik, Masallı, Mingəçevir, Xaçmaz, Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar Respublikası və Sumqayıt şəhəri təmsil olunur. Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, salçılıq, dağ-xizək, dəniz kurortları və s. üçün imkanlar nümayiş etdirilir.

Xəbəri president.az saytı yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG