Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:50

Mərkəzi Kəşfiyyat Agentliyinin hesabatının bəzi hissələri yayıla bilər


-
Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) təhqiqat metodlarını tənqid edən gizli hesabatın bəzi hissələri yayımlana bilər. ABŞ Senatının Kəşfiyyat Komitəsi bu məsələsinin lehinə səs verib. Səsvermə belə olub: 11-3.

Komitə üçün işləyən təhqiqatçıların hazırladığı hesabatda MKA-nın “gücləndirilmiş dindirilmə texnikası”nın əsasən saxlananlara qarşı qəddar olduğu bildirilir. Bu metodların terrorçuluq planları barədə etibarlı məlumat almaq üçün səmərəli olmadığı da vurğulanır.

Tənqidçilər bəzi metodların işgəncəyə bərabər olduğunu deyirlər. MKA hesabatın əksər qənaətlərini rədd edib. Prezident Barack Obama hesabatın qeyri-məxfi hissəsinin yayımlanmasını dəstəkləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG