Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:00
-
Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsi zabitinin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri, polis-polkovniki Sadiq Gözəlov APA-ya deyib ki, həmin şöbənin bəzi əməkdaşlarının qanunazidd hərəkətləri barədə daxil olmuş məlumat əsasında nazirlik tərəfindən zəruri əməliyyat tədbirləri həyata keçirilib: “Daxili işlər orqanları üzrə müvafiq tədbirlər davamlı sürətdə aparılır”.

Ötən gün Balakən Rayon Polis İdarəsinin İtitala və Kortala kəndləri üzrə sahə müvəkkili, polis kapitanı Vüqar Filiyevin saxlanılması ilə bağlı məlumat yayılmışdı. Onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı bildirilirdi.

Hadisə şahidlərinin AzadlıqRadiosuna bildirdiyinə görə, əməliyyatçılar Vüqar Filiyevi Balakən şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında tutublar.
Balakən Rayon Polis Şöbəsindən Vüqar Filiyevin saxlanıldığını təsdiqləsələr də, polis zabitinin saxlanılmasının detalları haqda məlumatsız olduqlarını bildirmişdilər.

Daxili İşlər Nazirliyindən də bu məsələyə şərh vermək istəməmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG