Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:01
-
Aprelin 4-ü Texasın Dallas şəhərində ABŞ-ın keçmiş prezidenti George Bush-un rəsm sərgisi açılır. Sərgi onun adını daşıyan prezident kitabxanasında təşkil olunub.

Sərgiyə Bush-un Texas rançosunun mənzərə rəsmləri, həmçinin prezident olduğu dövrdə görüşdüyü ölkə rəhbərlərinin portretləri daxil edilib. MSNBC telekompaniyasının yaydığı məlumata görə, portretlər sırasında Böyük Britaniyanın keçmiş baş naziri Tony Blair və Rusiya prezidenti Vladimir Putinin portreti də var. Kitabxananın press-relizində yazılır ki, bu portretlər George Bush-un prezident olduğu 8 il ərzində bu rəhbərlərlə olan münasibətini əks etdirir.

George Bush 2009-cu ildə Ağ Evi tərk etdikdən sonra Texasdakı doğma evinə qayıdıb və rəsm dərsləri almağa başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG