Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:14

Rusiyada 25 ukraynalı həbs edildi - Terrorçuluq ittihamı


Rusiya bildirib ki, 25 Ukrayna vətəndaşını terror aktları hazırlamaq ittihamı ilə həbs edib.

Federal Təhlükəsizlik Xidməti iddia edir ki, onlar martın 14-də və 17-də Rostov, Volqoqrad, Tver Oryol, Kalmıkiya və Tatarstan bölgələrində terror aktları həyata keçirmək istəyirmişlər.

Ukraynalıların konkret olaraq nə vaxt tutulduğu açıqlanmır.

Rusiyanın NTV kanalı xəbər yayıb ki, həbs edilənlər arasında Ukraynada fəaliyyət göstərən ifrat millətçi qrup - "Pravıy sektor"un 3 üzvü var.

Telekanal həbs edilən ukraynalıların bu ölkənin təhlükəsizlik orqanları tərəfindən Rusiyaya göndərildiyini iddia edib.

Ukraynanın təlükəsizlik orqanı - SBU ittihamı "absurd" adlandırıb.

Bu xəbərdən az əvvəl Ukrayna bəyan etmişdi ki, Rusiyanın təhlükəsizlik orqanları bu ilin fevralında Kiyevdə hökumətə qarşı etirazların yataırılmasında iştirak ediblər.
XS
SM
MD
LG