Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:59
Ermənistanın baş naziri Tigran Sargsyan istefa verib. O, Facebook səhifəsində yazıb ki, “istefası yetişmişdi və o, bu qərarı dərindən düşünərək verib”.

Keçmiş baş nazir ona bu vəzifəni etibar etdiyi üçün prezidentə təşəkkür edib və yeni qurulacaq hökumətə uğurlar arzulayıb.

Onun istefasından az əvvəl Konstitusiya Məhkəməsi qərar vermişdi ki, hökumətin pensiya islahatı Ana Yasaya ziddir.

Hakim Respublikaçılar Partiyasından deyiblər ki, Tigran Sargsyan-ın istefası öz təşəbbüsü ilə baş verib. O axır 1 ayda ikinci dəfə istefa ərizəsi yazıb. Partiyadan onu da qeyd ediblər ki, istefa heç də müxalifətin hökumətin istefası ilə bağlı çağırışlarına cavab deyil.

Tigran Sargsyan baş nazir vəzifəsini 2008-ci ildən icra edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG