Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:32
-
Naxçıvan sakini Azər Quliyev aprelin 2-si polis şöbəsindən buraxıldıqdan sonra özünü asaraq intihara cəhd edib.

Bu haqda AzadlıqRadiosuna yerli hüquq müdafiəçisi Həkimeldostu Mehdiyev məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, yaxınları onu asılmış vəziyyətdə aşkarlayaraq xəstəxanaya aparıblar.

Həkimeldostu Mehdiyev deyir ki, Şərur şəhər sakini - 35 yaşlı Azər Quliyevin özünü asmasına 3 gün saxlandığı polisdə üzləşdiyi işgəncələr səbəb olub:

«Mübahisə zəminində Azər Quliyevdən Şərur rayon Polisi Şöbəsinin rəisi Məhəmməd Hüseynova şikayət olunub. Bundan sonra onu polisə aparıblar. Üç gün şöbənin zirzəmisində saxladıqdan sonra onu evə buraxıblar. Özünün dediyinə görə, şöbədə ona olmazın işgəncələr verilirmiş. Yaxınlarına deyib ki, üzləşdiyi işgəncələrə dözə bilmir. Bundan sonra isə özünü asıb. Bir müddət asılı qalıb. Son anda yaxınları xəbər tutub onun həyatını xilas edə biliblər».

Şərur rayon Polis Şöbəsinin rəisi Məhəmməd Hüseynovun onlara yönəlik ittihamlara cavabı qısa oldu: «Bu deyilənlər yalan, böhtan, cəfəngiyatdır».

Şərur rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Məmmədli Azər Quliyevin aprelin 2-si gecə saatlarında xəstəxanaya gətirildiyini təsdiq edir:

«Asılma şübhəsi ilə xəstəxanaya gətirilib. İçkili vəziyyətdə olub. Ciddi problem, narahatçılıq olmayıb. Elə gecə də evə buraxılıb».

Hələ ki, nə Azər Quliyev, nə də onun yaxınları ilə əlaqə saxlamaq mümkün olub.

Şərhləri göstər

XS
SM
MD
LG