Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:13

Ukrayna rəsmiləri qətllərdə Yanukovichi və FSB-ni günahlandırır


Ukraynanın təhlükəsizlik rəsmiləri bildirirlər ki, Kiyevdə fevral ayında meydanda nümayişçiləri o vaxtki prezident Yanukovichin birbaşa rəhbərliyi ilə qətlə yetiriblər.

Daxili işlər naziri Arsen Avakov mətbuat konfransında deyib ki, Yanukovich cinayətkar əmr verib ki, fevralın 18-20-də nümayişçilərə atəş açılsın.

Noyabrdan gedən nümayişlərdə 100-dən çox adam öldü. Bir çoxları snayper atəşindən ölüb.

Ukraynanın təhlükəsizlik xidmətinin rəhbəri Nalyvaychenko deyib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti FSB-nin işçiləri Meydan nümayişçilərinə qarşı repressiyaların planladırılmasında və hətta atəş açılmasında iştirak ediblər. FSB isə bunu dərhal təkzib edib.
Nalyvaychenko isə deyib ki, “dekabrın 20-də Ukraynanın Təhlükəszilik xidmətinin poliqonunda FSB-nin 26 zabiti olub. Onlar orda nə edirdi?”

Günün bütün mövzuları

XS
SM
MD
LG