Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:37

Ən çirkli SOCAR dizeli çıxdı


Gürcüstanda SOCAR benzindoldurma məntəqəsi
Gürcüstanda SOCAR benzindoldurma məntəqəsi
Gürcüstanın Studio Monitori adlı QHT-si Gürcüstana kənardan gələn avtomobil yanacağının keyfiyyətinin laboratoriya analizini əldə edib.

Studio Monitori yazır ki, Gürcüstanda bu yanacaq standartları çox aşağıdır. Ancaq bu aşağı standratla da müqayisədə məlum olur ki, gələn yanacaq qat-qat çirklidir.
Laboratoriya analizinə görə ən çirkli yanacaq SOCAR dizeli olub.

AVROPA STANDARTINDAN 60 DƏFƏ ÇİRKLİ

Analiz üçün SOCAR-ın 2 müxtəlif benzindoldurma stansiyasından nümunə götürülübmüş.

Birinci nümunədə hər kq-a 609 milliqram kükürd tapılıb. İkinci nümunədə kükürd bir kq-da 486 mq olub.

SOCAR-ın adi standart yanacağında isə kükürdün miqdarı 166 mq/kq olub.

Gürcüstanda kükürd standartı 150 mq/kq-dır.

Müqayisə üçün, Avropa standartı 10 mq/kq-dır.
Gürcüstanda kənardan gətirilən işlənmiş maşınların bazarı
Gürcüstanda kənardan gətirilən işlənmiş maşınların bazarı
Laboratoriya analizinin nəticələrini SOCAR Petrolium Georgia necə izah edir? – Studio Monitori buna şirkətdən cavab almağa çalışıb, ancaq şirkətin Keyfiyyət Departamentinin rəhbəri İrakli Zubitashvoili çoxsaylı müraciətlərə cavab verməkdən boyun qaçırıb.

SOCAR Petrolium Georgia şirkətində 51 faiz pay Azərbaycanın SOCAR şirkətinə məxsusdur.

Studio Monitori yazır ki, Gürcüstanın ən böyük dizel idxalatçısı SOCAR-dır. 2012-ci ildə Gürcüsatnın dizelinin 72 faizini SOCAR verib.

TƏKCƏ SOCAR DEYİL...

Studio Monitori öz təhqiqtında yazır ki, Gürcüstanda yanacaq standartını pozan təkcə SOCAR dizeli deyil.

Rompetro, Lukoil, Wissol benzindoldurma məntəqələrindən götürülən nümunələrdə yanacaq Avropa standartlarından qat-qat çirkli olub.

Ancaq ən çirkli SOCAR dizeli çıxıb.

Və sonda niyə yanacağın keyfiyyəti belə vacibdir?

Ekologiya nazirliyinin məlumatına görə, Gürcüstanda havanın çirklənməsinin 71 faizi, Tbilisidə isə hava çirklənməsinin 95 faizi avtomobillərin payına düşür.

Gürcüstanda 900 min avtomobil var, bunlardan 91 faizi 10 ildən çox sürülən maşınlardır.

Saakashvili 2004-cü ildə avtomobillərin bütün təftişlərini ləğv etdi. Keçmiş prezident deyirdi ki, belə təftişlər korrupsiya mənbəyidir. Ancaq bu təftişlər indi məlum olur ki, lazım imiş. Gürcüsatn 2015-ci ildən təftişləri bərpa etmək istəyir.

Sonda Studio Monitori yazır ki, SOCAR-ın vətəni olan Azərbaycanda benzin standartı qaldırılır. Aprelin 1-dən yaşı 10 ildən çox olan avtomobillərin Azərbaycan gətirilməsi qadağan olunur. Avro-4 standartından aşağı benzin isə satıla bilməz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG