Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:05

Gəncəli şahmatçı ölkə çempionu oldu


-
Gəncəli şahmatçı Ülviyyə Fətəliyeva 18 yaşlı şahmatçıların mübarizəsində qalib olub.

Mübarizə Respublika şahmat Mərkəzində 14-18 yaşadək oğlanlar və qızlar arasında keçirilib.

Gəncə şahmatçısı Ülviyyə Fətəliyeva aktivinə 9,5 xal yaza bilib.

Qeyd edək ki, çempionatda hər yaş qrupunda ( oğlan və qız olmaqla) ümumilikdə 12 şahmatçı iştirak edib. Ancaq 18 yaşadək yeniyetmələrin mübarizəsinə 6 zəka sahibi qoşulub. Hər yaş qrupunda qızıl medalın sahibləri Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının xətti ilə müvafiq olaraq öz yaş qruplarında dünya çempionatına, gümüş mükafatçılar isə Avropa çempionatına vəsiqə əldə edib.
XS
SM
MD
LG