Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:42

Oliqarxın 159 şirkəti, 41 bank hesabı var


-
Rusiya ilə bağlı Ukrayna oliqarxı Dmitri Firtasha ABŞ-da Çikaqo məhkəməsi pulyuma, reket, Hindistan rəsmilərinə rüşvət vermə ittihamlarını irəli sürüb.

Firtash vaxtilə Qazpromun tərəfdaşı olub. O, Ukrayna-Rusiya qaz alverində əsas vasitəçi hesab olunur. Bunu Financial Times yazır.

Firtash mədən lisenziyasına görə Hindistan rəsmilərinə isə 18,5 milyon dollar rüşvət verirmiş.
Firtash
Firtash


Məhkəmə araşdırmasında məlum olub ki, Firtashın 10 ölkədə 159 şirkəti və 41 bank hesabı var.

***
Rusiyanın ən uğurlu sosial şəbəkəsi olan Vkontakte-ni yaradan Pavel Durov şirkəti tərk edib. Bunu Guardian yazır və bildirir ki, bunu Guardiana şirkətdən təsdiqləyiblər. Qəzet yazır ki, Durov Vkontakte-nin Kremlə bağlı sahibləri ilə yola getməyib.
Qəzetin yazdığına görə, Durov deyib ki, keçən il şirkətin idarə olunması qaydaları dəyişəndən sonra o, şirkətdəki işlərdən razı deyil.

Ancaq Guardianda bu yazı çıxanda Lenta.ru xəbər verib ki, Durov fikrini dəyişib və şirkətdən getmir.

İstyənilıən halda, Vkontakte-nin Rusiyada 100 milyon istifadəçisi var.

2012-ci ildə Durov liberal müxalifətin qəhrəmanına çevrildi. O vaxt Putin əleyhinə nümayişlər vaxtı hakimiyyət Durovdan tələb edirdi ki, nümayişləri təşkil edən qrupların hesabları bağlansın, ancaq Durov bunu etməkdən boyun qaçırmışdı.
Pavel Durov Vkontakte səshifəsində
Pavel Durov Vkontakte səshifəsində

Bundan sonra Kremlə yaxın Rusiya oliqarxı Durovun şirkətdəki 12 faizlik payını almaq təklifini verdi. Durov buna cavab olaraq kamera qarşısında barmaq şəklini səhifəsinə yerləşdirdi.

Ancaq çox keçmədən Durov öz payını bir iş adamına satdı, o da sonradan Usmanova.

***

Washington Post yazır ki, Putin hərbi və siyasi cəhətdən özünü sərbəst hiss edir. Ancaq bu hərəkətlərin iqtisadi haqqı da var, bunu ödəmək lazım gələcək.

Bu ilin birinci rübündə Rusiyadan kapital axını 70 milyard dollar olub. İlin sonuna bu axın 170 milyard dollara çata bilər.

Ukrayna böhranı Rusiyanın ÜDM-nun illik artımını 2 faiz azaldacaq. Rusiyaya mal idxalı bahalanacaq. İnflyasiya artacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG