Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:05

«Təbriz folklor örnəkləri» toplusunun I kitabı çapdan çıxıb


-
AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə “Təbriz folklor örnəkləri” (I kitab) toplusu çapdan çıxıb.

İnstitutun yaydığı xəbərə görə, nəşrdə Təbriz bölgəsinin zəngin şifahi xalq yaradıcılığı örnəkləri toplanıb.

Kitabın girişində «İnstitutdan» başlığı altında təqdim olunan yazıda bildirilir ki, bu gün dünyada ümumi sayı 50 milyonu ötmüş Azərbaycan türklərinin etnik təfəkkürünü canlandıran, dilini, tarixini, mənəvi aləmini qoruyub saxlayan zəngin şifahi söz sənətinin – folklor irsinin toplanması, sistemləşdirilməsi və nəşri ən vacib məsələlərdəndir.

Bu zərurəti nəzərə alan AMEA Folklor İnstitutu əksəriyyəti öz doğma ata-baba yurdunda yaşayan soydaşlarımızın qoruyub günümüzədək saxladığı şifahi xalq ədəbiyyatı nümunələrinin ayrı-ayrı seriyalar altında, çoxcildliklər şəklində ardıcıl çap olunmasını qərarlaşdırıb.

Girişdə vurğulanır ki, Arazın o tayında yaşayan Azərbaycan türklərindən toplanmış folklor örnəklərinin yer aldığı topluların məhz bölgələr üzrə adlandırılması nəşr olunacaq növbəti cildlərdə regional xüsusiyyətlərin qorunub saxlanılması, bölgələrin daha geniş miqyasda əhatə olunması məqsədi daşıyır.

Kitab 444 səhifədir.

Layihənin rəhbəri AMEA Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu (İmanov), toplayıcıları Kazım Abbasi («El bilimi» dərnəyinin üzvü), Əhəd Fərəhməndi, Əli Bərazəndə, Məhəməd Əlipur Muqəddəm, redaktoru Səkinə Qaybalıyevadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG