Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:30
-
Bu barədə liftlərin yenilənməsi layihəsini həyata keçirən “İtal Lift Məhdud Məsuliyyətli Cəmiyyətin baş mühəndisi Vaqif İmamverdiyev məlumat verib.

Onun sözlərinə görə, layihəyə əsasən ilk olaraq Gəncə şəhərində 70 istismar müddəti bitmiş liftin yenisi ilə əvəzlənməsi nəzərdə tutulub.

Artıq 45 lift quraşdırılıb və 25 lift isə hazırda yenilənir.

Ötən ildən başlanan layihə may ayının sonlarında başa çatmalıdır.Vaqif İmamverdiyev deyir ki, liftlərin təhlükəsizlik üçün texniki baxışı da layihə başa çatan kimi reallaşacaq.

Mühəndis əlavə edir ki, yeni liftlərin kabinələri Türkiyədən gətirilib. Qapılar sırf alman materialıdır. Liftin içərisində xəbərdarlıq zəngi var ki, o düyməciklər də İtaliyada istehsal edilib.

Üstəlik liftlərdə həssaslıq mexanizmi var ki, məsələn, əgər qapı arasına hansısa əşyan qalıb və ya toxunubsansa qapı qətiyyən örtülmür. Bu, minməyə gecikən adamın təhlükəsizliyini də təmin edir.

Qeyd edək ki, Gəncədəki liftlərin əksəriyəti 1980-ci illərdən quraşdırılmış istismar müddəti başa çatmış liftlər idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG