Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:18

Putinin boşanma prosesi bitib


Vladimir Putin və keçmiş həyat yoldaşı Lyudmila
Vladimir Putin və keçmiş həyat yoldaşı Lyudmila
-
Rusiya prezidenti Vladimir Putinin 30 illik həyat yoldaşı Lyudmiladan boşanma prosesi başa çatıb. Prezidentin sözçüsü Dmitry Peskov çərşənbə günü bunu elan edib, əlavə informasiya verməyib.

Putinlə Lyudmila ötən ilin iyununda televiziyada elan ediblər ki, nikahlarına son verirlər, çünki bir yerdə çox az vaxt keçirirlər. Cütlüyün iki qızı var.

61 yaşlı Putin 14 illik hakimiyyəti dövründə prezident və baş nazir kimi şəxsi həyatını gizli saxlayıb.
XS
SM
MD
LG