Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:42
-
Aprelin 3-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

Avroparlamentin sanksiya tətbiq edəcəyi 32 Rusiya vətəndaşı sırasında azərbaycanlı da var. “Yeni Müsavat” qəzeti Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, Avropa Parlamenti 32 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq ediləcək “Maqnitski siyahısı”nı tərtib edib.

Sanksiyaya əsasən həmin şəxslərə viza verilməməsi ilə yanaşı, Qərb ölkələrində olan maliyyə hesablarının dondurulması nəzərdə tutulur. Bunların sırasında Moskvadakı “Motrosskaya tişina” həbsxanasının rəisi, əslən azərbaycanlı olan Fikrət Həmdulla oğlu Tağıyev də var.

AZƏRBAYCANA RUS ÇAYI YAXUD KOFESİ LAZIMDIRMI?

“Росчайкофе” Azərbaycanı ən cəlbedici bazarlardan sayır. Ancaq yerli ekspertlərin fikrincə, Azərbaycan çayı da öz keyfiyyətinə görə fərqlənir və hökumət bu məhsulun istehsalına ciddi diqqət ayırır”. Bu barədə “Эхо” qəzeti yazır.

“2013-cü ildə rus şirkətləri Azərbaycana 134 ton çay ixrac ediblər. Azərbaycandan Rusiya Federasiyasına isə 2.9 ton çay daxil olub. Azərbaycan və Rusiya digər ölkələrdən də çay idxal edir. Rus şirkətləri bu ölkədə iştirakı gücləndirə bilərlər. Azərbaycana 5-7 ton çay göndərə bilərlər. Bu hesablamanı "Росчайкофе" aparıb.

ERDOGANIN BAKIYA QƏFİL GƏLİŞİ

“Azadlıq” qəzeti Türkiyənin baş naziri Recep Tayyib Erdogan-ın aprelin 4-də Bakıya gözlənən səfərindən yazır.

“Heç şübhəsiz ki, Ərdoğan hökumətinin ən ciddi planlarından biri Türkiyədə və onun sərhədlərindən kənarda da Gülən şəbəkəsini sıradan çıxarmaqdır. Bu baxımdan Ərdoğanın ən asan təzyiq edə biləcəyi ölkələrdən biri məhz Azərbaycandır. Ona görə də Ərdoğan prosesə Bakıdan başlamaq niyyətində ola bilər. Bu baxımdan, demək olar ki, Türkiyədə seçki bitdi, amma Türkiyə hökumətinin müttəfiqləri üçün yeni seçim başladı. Onlar öz ölkələrində Fətullah Gülənlə əlaqəsi olanlarla, yumşaq desək, vidalaşmalıdılar. Başqa bir məlumatda deyilirdi ki, hətta Ərdoğan Ilham Əliyevə xeyli məmur və deputatın siyahısını verib. Siyahıdakılar isə Fətullah Gülən şəbəkəsinin Azərbaycan qanadının üzvləridir. Ona görə də belə bir ehtimal var ki, bu səfər Ilham Əliyev üçün seçim qarşısında qalmaqla səciyyələnəcək.
Göründüyü kimi, burada həm də başqa bir xüsus var ki, Ərdoğan Gülən hərəkatına qarşı əməliyyatı Azərbaycandan başlaya bilər. Bu isə həm də Azərbaycan hakimiyyətinin bu şəbəkənin qlobal tərəfdaşları ilə qarşıdurmaya getməsi demək olacaq.

GÜLƏR ƏHMƏDOVA İŞİNDƏ İKİ VARİANT VAR...

“Yeni Müsavat” qəzetinin yazdığına görə, aprelin 1-də Ali Məhkəmənin həbsdə olan sabiq deputat Gülər Əhmədovanın kasasiya şikayətini qismən təmin etməsini hüquq çevrələrində G.Əhmədovaya güzəşt kimi qiymətləndirənlər var.

Gülər Əhmədova

Gülər Əhmədova

Hüquqşünas Müzəffər Baxış “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində Azərbaycanda Apelyasiya Məhkəməsi Cinayət Prosessual Məcəllənin tələblərinə görə tam səlahiyyətli məhkəmədir və işə mahiyyəti üzrə baxmalı, onu araşdırmalıdır: “Amma çox əfsus ki, əksər apelyasiya şikayətlərində Apelyasiya Məhkəməsi ilkin baxış qərarı elan edir ki, işə istintaq aparılmadan baxılsın. Yəni yalnız maddi və prosessual nüansların tətbiqi məsələsi araşdırılır. Bu, Azərbaycanda bir tendensiyadır. Dəfələrlə biz də bundan kasasiya şikayəti vermişik. Əksər hallarda bu şikayətlər təmin olunmayıb. Azərbaycan reallığında hər şey ola bilər. Ola bilər, kimsə tapşırıb və kasasiya instansiya məhkəməsi belə qərar qəbul edib. Çünki mən inanmıram ki, bizim Azərbaycan hakimləri əsaslandırmanı rəhbər tutsunlar və belə bir qərar qəbul etsinlər”.

KRIMDA BAŞ VERƏNLƏR QƏRB ÜÇÜN BİR İFLASDIR

“Bizim yol” qəzeti “Turan” informasiya agentliyinin redaktoru Şahin Hacıyevlə müsahibə dərc edib.

- Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda Qərbin İrana qarşı mövqeyində yumşalma ola bilərmi? Tutaq ki, İrana qarşı sanksiyaları zəiflədib, ən azı enerji məsələsində əməkdaşlığı bərpa etmək mümkündürmü?

- Təbii ki, bu belə də olacaq. Bu əslində çox gözəl bir sualdır. Çox göstərilməsə də hazırda Vaşinqtonla Tehran arasında danışıqlar gedir. Təsadüfi deyil ki, Amerika İranın çox uzun müddətdən bəri banklarda qalmış pullarını qaytardı. Bu çox da böyük bir rəqəm deyildi, təxminən yarım milyard dollar idi. Xarici banklardakı vəsaitə qoyulmuş sanksiyanın götürülməsi isə o deməkdirki İran neftini dünya bazarına çıxara bilər. Bu halda Avropa nefti İarandan ala bilər və gələcəkdə İranın qazı Azərbaycan vasitəsilə Nabukko xətti ilə Avropaya gedəcək, bu da Rusiyaya ciddi bir zərbə olacaq. Amerika bunu dərk etdiyi üçün İranla münasibətləri yaxşılaşdırır və gücləndirir. Bu da geosiyasi vəziyyəti ciddi şəkildə dəyişəcək.

AZƏRBAYCANDA QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFINA BÖYÜK DİQQƏT VAR
Vahid Əhmədov

Vahid Əhmədov

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov yap.org.az saytına müsahibə verib. Deputatın sözlərinə görə, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilk növbədə yeni iş yerlərini açılmasına səbəb olacaq:

“Digər tərəfdən, neft hasilatının getdikcə aşağı düşdüyünü nəzərə alsaq, iqtisadiyyatın diversifikasiyası baxımından, Azərbaycanda sənayeni inkişaf etdirmək vacibdir.
Hesab edirəm ki, yalnız iri şəhərlərdə deyil, bölgələrdə də sənaye müəssislərinin yaradılması işini davam etdirməyilik. Xüsusilə kənd yerlərində özümüzün xammal bazası əsasında sexlər yaratmalıyıq. Təbii ki, böyük sənaye sahələri yox, 100-200 nəfərin işləyə biləcəyi müəssisələr yaradılmalıdır ki, həm işsizlik problemi olmasın, həm də yerli xammaldan istifadə edilsin. Emal və digər sənaye obyektləri şəhərlərdə fəaliyyət göstərən müəssisələrin filialı da ola bilər. Hər bölgənin spesifikasına uyğun olaraq bunları etmək lazımdır. Hesab edirəm ki, bu, həm bölgələrin, həm də bütövlükdə sənayenin inkişafı baxımından faydalı ola bilər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG