Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:15

Ukrayna ordusu Belarus sərhəddində hərbi təlim keçirir (VİDEO)


Ukrayna ordusu Belarus sərhəddində təlim keçir
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Ukrayna ordusu Belarus sərhəddindən

Tezliklə Ukrayna ordusu NATO ilə hərbi təlimlərə başlayacaq. Müdafiə naziri Mikhail Koval bildirib ki, artıq xarici ölkə hərbi hissələrinin iştirakı ilə 8 hərbi təlimin keçirilməsinə razılıq verilib.

Ukraynanın keçid hakimiyyəti silahlı qüvvələrin yenidən qurulmasına böyük əhəmiyyət verir. İqtisadi çətinliklərə baxmayaraq, ölkə başcısının səlahiyyətlərini icra edən Aleksander Turchinov silahlı qüvvələrə maliyyə yardımı vəd edir. Aprelin 2-də Belarus sərhəddlərində keçirilən hərbi təlimləri müşahidə edən Turchinov həmçinin bildirir ki, ordunun əsas təhcizatçısı olan “Oboronprom” (Hərbi sənaye) şirkətinə dövlət sifarişləri veriləcək.

Bu günlərdə Brüsseldə keçirilən NATO xarici işlər nazirləinin görüşündə Krımın ilhaqından sonra yaranana vəziyyət müzakirə olunub. Şimali Atlantika hərbi alyansının üzvləri Rusiya ilə hərbi əməkdaşlığı dayandırmaq, Ukrayna ilə, əksinə, genişmiqyaslı hərbi münasibətlər qurmaq qərarına gəliblər.
Ukrayna ordusu Belarus sərhəddində təlim keçir
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00
XS
SM
MD
LG