Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:17
-
Cümə axşamı ABŞ prezidenti Barack Obama Ukraynadakı durumu müzakirə etmək üçün hər iki partiya liderləri ilə görüşəcək. Görüş bu gün axşam Ağ Evin Oval zalında keçiriləcək.

Toplantıda vitse-prezident Joe Biden, Nümayəndələr Palatasının spikeri John Boehner, Konqresdəki fraksiya liderlərinin iştirak edəcəyi gözlənilir.

Obama Konqres rəhbərlərinə Avropaya ötən həftəki səfəri barədə məlumat verəcək. 4 ölkəyə səfərdə məqsəd Qərbin Rusiyanın Ukraynadakı hərəkətlərinə cavabını koordinasiya etmək idi.

Konqres Obamaya Ukraynaya kredit təminatı üçün 1 milyard dollarlıq hesab göndərib. Məqsəd həm də Krımı anneksiya edən Rusiyaya sanksiya qoymaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG