Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:40
-
Aprelin 3-də səhər saatlarında Qaradağ rayonu ərazisində yük qatarında yanğın baş verib. Bu barədə AzadlıqRadiosuna “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib:
“Yanğın Batumidən Bişkəkə gedən qatarda olub. Gürcüstana məxsus vaqonlardır. Vaqonlarda dam örtüyü atdığına görə şəbəkədə yanğın baş verib. Artıq yanğın söndürülüb. Heç bir xəsarət alan yoxdur”.

Nadir Əzməmmədov onu da deyir ki, yük qatarında baş verən yanğının səbəblərinin birgə araşdırılması üçün Gürcüstan tərəfə müraciət olunub.

“Biz Gürcüstan tərəfi dəvət etmişik ki, gələcəklər, bir yerdə araşdıracağıq. Baş vermə səbəbini. Bir qatar yük altına veriləndə mühəndislər tərəfindən yoxlanılmalıdır. Sonra yük vurulmalıdır. Dam örtüyünün atması şübhə doğurur. Mütəxəssislər gələcək, birgə araşdırmadan sonra tam aydın olacaq. Əsas 4 vaqonda yanğın olub. Dam örtüyü atan kimi qısa qapanma baş verib, yanğın olub. Xəsarət alan yoxdur. Yanğın vaxtında söndürüldüyündən digər vaqonlara keçməyib. Hadisəyə görə dəmir yollarından biri bağlanmışdı. Hal hazırda yol tam bərpa olunmaq üzrədir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG