Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:05
-
Amerikanın "Milli Aeronavtika və Kosmik İdarəetmə (NASA)" Agentliyi – NASA Rusiyanın dövlət strukturları ilə iş əlaqələri qurmaq qadağan olunan Amerika dövlət qurumları siyahısına əlavə olunub. Bu barədə NASA təmsilçiləri açıqlama yayıblar.

Bu qərar Rusiya nümayəndələrinin NASA obyektlərinə gəlməsi, nümayəndə heyətlərinin mübadiləsi, rəsmi görüşlər, elektron, telefon və ya video əlaqələrin qadağasını nəzərdə tutub. Amma qadağaya beynəlxalq orbita stansiyalarında uçuşlar aid edilməyib.

Hesab olunur ki, NASA-nın bu qadağası simvolik jest xarakteri daşıyır. Çünki iki ölkə arasında bu sahədə yeganə müştərək layihə beynəlxalq stansiyaların eksplutasiyasıdır. NASA rəhbərliyi bir neçə həftə öncə televiziya müsahibələrinin birində deyib ki, Ukrayna böhranı koskos sahəsində Amerika-Rusiya əməkdaşlığına heç bir təsir göstərməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG