Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:45

ABŞ hərbi bazasında atışma: ölən və yaralananlar var (VİDEO)


ABŞ. Fort Hud. 2 aprel 2014
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

ABŞ. Fort Hud. 2 aprel 2014

ABŞ-ın Fort Hud hərbi bazasında silahlı toqquşma baş verib. İlkin məlumatlara əsasən, aprelin 2-də bir nəfər hərbi bazanın ərazisində odlu silahdan ətrafdakılara hücum edəndən sonra atışma başlayıb, nəticədə hücum edən şəxs də daxil olmaqla 4 nəfər həlak olub, yaralananlar var.

Fort Hud hərbi bazası veb saytında yaydığı rəsmi məlumatda atışma baş verdiyini təsdiq edərək, yaralananların olduğunu və təcili yardım əməkdaşlarının hadisə yerinə gəldiyini bildirmiklə kifayətlənir.

Baş verənləri «dəhşətli faciə» adlandıran ABŞ-ın müdafiə naziri Chuck Hagel qısa şərhində ölən və yaralananların olduğunu deyib.

Texas ştatında yerləşən Fort Hud təqribən 5 il əvvəl də oxşar faciə səhnəsinə çevrilmişdi. 2009-cu il noyabrın 5-də bazada işləyən psixiatr Nidal Malik Hassan hərbi məktəbin buraxılış mərasiminə hücum edərək 13 nəfəri öldürmüş, onlarla adamı yaralamışdı.

Prezident Barack Obama da hadisə ilə bağlı dövlət qurumlarının iş apardığını bildirərək, Fort Hudda daha bir faciənin baş verməsindən kədərləndiyini deyib.

Günün sonunda mətbuata açıqlamasında hərbi bazanın rəhbəri, general-leytenant Mark Milley hücum edən şəxsin özünü güllələdiyini, cinayətkar da daxil olmaqla 4 nəfərin öldüyünü təsdiqləyib. Onun sözlərində görə, bunların 4-ü də hərbi bazanın əsgərləridir.

Milley cinayətkarın adının açıqlanmasından imtina etsə də bildirib ki, həmin əsgər 2011-ci ildə İraqda hərbi xidmətdə olub, Fort Hud bazasına fevral ayında keçirilib.

General hücum edən şəxsin 45 mm-lik tapançadan istifadə etdiyini deyib. Onun sözlərinə görə, həmin silah hərbi bazaya məxsus deyil, faciə ərəfəsində cinayətkar tərəfindən silah dükanından alınıb.

Mark Milley-in ehtimallarına əsasən hadisə terror aksiyası deyil, lakin general əlavə edib ki, cinayətin motivlərinin araşdırılmasında heç bir versiya istisna olunmur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG