Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:39

ABŞ Krıma görə Ermənistanı tənqid edir


Yerevan, ABŞ səfirliyi
Yerevan, ABŞ səfirliyi
ABŞ Ermənistanı BMT-nin Baş Assambleyasındakı səsvermə zamanı Krımla bağlı tutduğu mövqeyə görə tənqid edib.

Ermənistan Krımın Rusiya tərəfindən anneksiyasını pisləyən qətnamənin əleyhinə səs vermişdi.

ABŞ-ın Ermənistandakı səfirliyindən Azadlıq Radiosuna bildiriblər ki, ABŞ rəsmi Yerevanın səsvermədə tutduğu mövqedən məyus olub. Çünki Birləşmiş Ştatlar Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

“Bu, ABŞ-ın Ermənistanla münasibətlərinə təsir edə bilərmi” sualının cavabında səfirlikdən deyiblər ki, “biz Ermənistanla bir çox məsələlərdə əməkdaşlıq etməkdə davam edirik”.

Ermənistan BMT-nin Baş Assambleyasındakı səsvermədə qətnaməyə “yox” deyən 11 ölkədən biri olub. O öz mövqeyini “xalqların öz müqəddəratını təyin etmək hüququnu dəstəkləməsi” ilə izah edir. 100-ə yaxın ölkə qətnaməni dəstəkləyib.
XS
SM
MD
LG