Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:20

Stephen King-in məşhur əsəri Bakıda çap edildi


-

Müasir triller yazarları arasında dünyada əsərləri ən çox satılanlardan biri də amerikalı Stephen King-dir.

"Yaşıl mil" əsəri Pol Eskomin dili ilə nəql edilir. Öz cavanlıq illərini xatırlayan Pol haçansa ölüm hökmünün icrasını gözləyən məhkumlar üçün nəzərdə tutulmuş həbsxananın «E» blokunun sabiq baş nəzarətçisi olub.

Onun «qəyyumları» arasında Con adlı nəhəng, safqəlbli qaradərili gənc də var idi. O iki kiçik qız uşağının qəddarcasına qətlində günahlandırılırdı. Sonradan məlum olur ki, Con bu cinayətdə günahkar deyil. O, sadəcə olaraq, uşaqları xilas etmək istərkən polislər tərəfindən yaxalanıb.

«Yaşıl Mil» romanını Stiven Kinq 1996-cı ildə yazmışdı. Kitab ilk nəşrindən sonra «Yaxşı roman» nominasiyasında Brem Stoker mükafatına layiq görülmüşdü.

1999-cu ildə isə bu roman çox uğurla ekranlaşdırılmışdı.

«Yaşıl Mil» romanı Kinqin ən yaxşı əsərlərindən sayılır.

Çox emosional, mürəkkəb süjet xəttinə və əlvan dekorasiyalara malik olan bu romanda təkcə mistik deyil, eyni zamanda fəlsəfi suallar da öz həllini tapır.

"Qanun" nəşriyyatının çap etdiyi romanı Elşad Əliyev çevirib.
XS
SM
MD
LG