Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:20

NATO rəsmisi: «Biz Azərbaycana təklif edirik ki...»


James Appathurai
James Appathurai
-

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi James Appathurai-ın Azadlıq Radiosunun Brüssel müxbiri Rikard Jozwiak-a müsahibəsi


- NATO-nun Ermənistan, Azərbaycan və Moldova ilə əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutan tədbirlər planına nə daxildir?

- Əvvəla, onu qeyd edim ki, həmin ölkələrin razılığı olmadan hər hansı iş tutulmayacaq. Bu bir təklifdir. Digər tərəfdən biz anlayırıq ki, bunlar fərqli-fərqli ölkələrdir, istədikləri fərqlidir, müxtəlif orientasiyaları var. Amma onları birləşdirən cəhət ondan ibarətdir ki, bizim onların hər üçü ilə əməkdaşlıq razılaşmamız var və həmin razılaşmaların yenilənmə vaxtı gəlir. Biz indi onlara nə təklif edə bilərik? Məsələn, daha yüksək səviyyədə siyasi dialoq, daha çox siyasi məsləhətləşmə. İkincisi, onların hərbi sahədə transformasiyasına dəstək.

- Konkret olaraq Ermənistana və Azərbaycana gəldikdə, Appathurai deyib ki, Gömrük İttifaqına qoşulmasına baxmayaraq, Ermənistan NATO ilə əməkdaşlığı zəiflətməyib.

- Biz müdafiə sahəsində transformasiya işində onlara dəstək vermək istəyirik, onlar da bunu istəyir. Azərbaycanın enerji kimi sahələrdə maraqları var. Azərbaycan bizə əməliyyatlarda da dəstək verir və biz buna görə ona minnətdarıq. Bu baxımdan biz enerji təhlükəsizliyi kimi məsələləri nəzərdən keçirə və həm də baxa bilərik ki, görək, daha nələr etmək olar.
Appathurai qeyd edib ki, indi əsas prioritet Moldovadır. Moldova NATO-dan kömək istəyib və alyans ona təhlükəsizliyini təmin etməkdə köməklik edəcək.
NATO və Azərbaycan əsgərləri Bakı ətrafında təlimlərdə iştirak edirlər. 24 aprel 2009
NATO və Azərbaycan əsgərləri Bakı ətrafında təlimlərdə iştirak edirlər. 24 aprel 2009


NATO təmsilçisi bildirib ki, artıq sözügedən ölkələrin Brüsseldəki səfirlərinə müraciət edilib ki, hansı sahələrdə yardım qəbul etmək istəyərlər. NATO sözügedən ölkələrlə əməkdaşlığı yaxın aylarda yeniləyə bilər.

Appathurai-ın bildirdyinə görə, NATO-nun 1200-ə qədər əməkdaşlıq layihələri var. Onların arasından hansılarsa seçilə bilər.


- Bu o deməkdirmi ki, Ermənistan, Azərbaycan və Moldova artıq gələcəkdə NATO-ya üzv olmaq yolundadırlar?

- Əlbəttə yox, bu üç dövlətin heç biri NATO-ya üzv olmağa can atmır. Moldova neytraldır. Ermənistanın alyansa qoşulmaq istəyi yoxdur, bildiyimə görə, Azərbaycanda da belə istək yoxdur. Moldovanın istədiyi odur ki, Rusiya tərəfdən təzyiq hiss etdiyi üçün ona təcili köməklik göstərilsin. Moldova yalnızca Rusiyanin təzyiqi altında olduğunu hiss etmir. Rusiya ona təzyiq edir ki, Avropayönlü siyasətini dəyişdirsin. Bu həm hərbi təzyiqdir, həm qazı kəsmək hədəsi. Bu, Rusiyada yaşayan moldovalıları oradan çıxarmaq təhdidir. Bu, Moldovanın Rusiya bazarlarına çıxışını kəsmək hədəsidir. Bu, realdır.
XS
SM
MD
LG