Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:58
-

“Hədəf” nəşriyyatı oxucu klubu yaratdı.

Gənclər ilk olaraq türk yazarı Nihal Atsızın (1905-1975) “Ruh adam” romanını müzakirəyə çıxaracaqlar.

Oxucu klubunu yaratmaqda məqsəd, nəşriyyatın bildirdiyinə görə, gənclər arasında mütaliəni təbliğ etmək və oxucuların şəbəkələşməsinə dəstəkverməkdir.

Kluba nəşriyyatın redaktoru, gənc yazıçı Rüfət Əhmədzadə rəhbərlik edir.

Layihə barədə məlumat verən R. Əhmədzadə deyib ki, onlar müzakirə üçün kitab seçərkən nəşriyyat fərqi qoymayacaqlar.

"Ruh adam" romanının müzakirəli təqdimatı aprelin 6-da, saat 13:00-da Kitabevim.Az kitab marketində keçiriləcək.

Roman əvvəl Osmanlı imperiyasına sədaqət andı içmiş, sonra isə cümhuriyyətə xidmət etməyi seçmiş bir hərbçinin taleyindən bəhs edir.

Ünvan: 28 may metrostansiyasının yaxınlığı (Dəmiryol xəstəxanası tərəfdə), "AK Center", ikinci mərtəbə.

Günün bütün mövzuları

XS
SM
MD
LG