Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:20
-
Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyində struktur dəyişikliyi ediləcək.

Birlikdən AzadlıqRadiosuna bildiriblər ki, mayın 15-dən etibarən Bakı və Abşeron üzrə Qaz İstismar Sahələrinin tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı və qəza dispetçer xidmətləri ləğv ediləcək.

Bunun yerinə «Azəriqaz»ın digər bir strukturunda mərkəzləşdirilmiş qəza-təmir bərpa xidməti yaradılacaq.

Birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Araz Ağayev deyir ki, yeni dəyişiklikdə məqsəd operativliyi təmin etməkdir:
«Məqsəd qaz kəmərlərində, yaşayış yerlərində, kommunal-məişət obyektlərində yaranmış qəzaları yerində həll etməkdir. Bakının 11 rayonun qaz istismar sahəsinin hamısında qəza xidməti var. Ancaq indi hər şey bir mərkəzdən idarə olunacaq. Bu da operativliyə təsir edəcək».

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyir ki, yeni dəyişiklik böyük sayda ixtisarlara yol açacaq:

«Bu sahədə çalışan işçilərin ən azı 50 faizi ixtisara düşəcək».

Ancaq Araz Ağayev deyir ki, ixtisar haqqında danışmaq hələ tezdir:

«Bütün bu məsələlərə baxılır. Müvafiq struktur bölmələrə tapşırıq verilib ki, yeni təşkilati struktur hazırlansın, ştat cədvəlində müvafiq əlavə dəyişikliklər edilsin. Bunu indidən ixtisar kimi qələmə vermək düzgün olmazdı. Söhbət birdəfəlik ləğvdən getmir. Yeni ştatlar da açılacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG