Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:11
-
Putin nədən qorxur? Wall Street Journal qəzeti bu suala cavabında yazır:
“ABŞ-ın sanksiya qoyduğu Bank Rossiya Rusiya rəsmilərinin fərdi bankıdır. Bankın rəhbəri Yuri Kovalchuk Putinin kassiridir.”

Qəzet yazır ki, “bunu indi ABŞ-ın maliyyə nazirliyi deyir. Ancaq eyni sözləri 2004-cü ildə İvan Rybkin deyirdi. Bunu Google-dan tapmaq olar. Qəzet soruşur ki, ABŞ-da, onun müttəfqilərində Putin barədə hansı fayllar var. Onları niyə açmırlar? Yuri Kovalchuk

Yuri Kovalchuk



Vaxtilə Bank Rossiya Putin Peterburqda mer müavini olanda ərzaq üçün ayrılan 93 milyon dolları Putinə ötürməkdə şübhəli bilinirdi. Qəzet yazır ki, Putinin yüksəlişi 1999-cu ildə Moskvada yaşayış binasında 300 adamın ölümünə gətirən partlayışdan başlandı. Moskovskaya Pravda, İtaliyanın La Stampa qəzetləri yazırdı ki, bu partlayışı Rusiya dövlətinin özü törədib.

Ryazanda da bir binaya 3 nəfər partlayıcı qoyanda tutuldu, sonra məlum oldu ki, onlar təhlükəsizlik agentləridir. 36 saat ziddiyətli izahlar verəndən sonra Kreml bildirdi ki, bu, məşq imiş.”
***
Guardian soruşur ki, Qərblə Putin arasında növbəti davanın yeri Dnestryanı regionumu olacaq və Avropa necə reaksiya verməlidir?

Qəzet yazır ki, bu fikrin müəllifi NATO-nun Avropadakı qüvvələrinin komandanıdır və generallar əbəs yerə narahat olmurlar.

Qəzet hesab edir ki, Moldovaya təhlükəsizlik təminatları verilməlidir və Moldovanı Avropa Birliyi orbitinə çəkmək lazımdır.

***
Wall Street Journal yazır ki, “Erdoğanın rəqibləri saxtakarlıq haqda qışqırır. Erdoğanın rəqibləri ilə bağlı şirkətlərin səhmləri düşür. Bir sıra qəzetlərin vebsaytları blok olunub.
Seçki məntəqəsi qabağında saxtakarlıqlara etiraz edənləri polis su şırnağı ilə dağıdır. Ankarada seçkiyə etirazlar

Ankarada seçkiyə etirazlar



Müxalifət partiyası CHP-dən Mansur Yavas deyir ki, “Biz səslərin oğurlanmasına dözməyəcəyik”.

ABŞ-da mühacirətdə olan və Erdoöğanın rəqibi hesab olunan Fətullah Gülənin nümayəndəsi deyib ki, hakim AK partiya ədalətli seçkiyə hörmətsizlik göstərdi.”

Günün bütün mövzuları

XS
SM
MD
LG