Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:27
-
Bir neçə gün öncə havaların kəskin soyuması Naxçıvanda əkinçiliyə ciddi ziyan vurub. Yerli sakinlərin AzadlıqRadiosuna verdikləri məlumata görə, ən çox ziyan Babək rayonu ərazisindəki əkin sahələrinə dəyib.

Güclü küləklə müşahidə olunan qar əsasən bostan bitkilərinə ziyan vurub. Babək rayon sakini Haşim Qafarov deyir ki, təbii fəlakətin vurduğu ziyan ondan da yan keçməyib:

«4 hektar ərazidə qarpız, yemiş əkmişdim. Adətən əkinin üstünü sellofanla bağlayırıq ki, tez cücərsin. Külək sellofanları cırıb-dağıdıb, qarı doldurub içərisinə. Həmin günün gecəsi də şaxta oldu. Əkinimin yarıdan çoxunu şaxta vurdu. Belə getsə, qoyduğum xərci çıxara bilməyəcəyəm. Bütün il boyu ailəmizin dolanışığını bostançılıqla çıxarırdım. Bu da belə getdi. Meyvə ağaclarının da hamısını şaxta vurdu».

Martın 30-da ölkə ərazisində hava şəraiti kəskin dəyişib, sulu qar, qar yağıb. Bəzi rayonlarda, eləcə də Naxçıvanda güclü şimal-qərb küləyi də əsib.
XS
SM
MD
LG