Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:19

ABŞ səfirliyi Azərbaycanda inqilaba dəstək məsələsinə cavab verir


-
«ABŞ hökumətinin Azərbaycanda inqilab törətmək təşəbbüsü barədə istənilən ittihamlar absurddur».

ABŞ-ın Bakıdakı səfirliyinin «Turan»a açıqlamasında belə deyilir.

Aprelin 1-də NİDA-çıların məhkəməsində müttəhimlərdən İlkin Rüstəmzadə bildirib ki, müstəntiq ona müttəhim Rəşad Həsənovun MKİ-nin iki polkovniki ilə görüşüb təlimat aldığını deyib.

Müttəhimlər isə ABŞ hakimiyyəti ilə hər hansı əlaqələrini və inqilab hazırladıqlarını qəti şəkildə təkzib ediblər.

Səfirlikdən cavabında deyilir ki, «bu cür ittihamları yayanlar Azərbaycanın öz strateji tərəfdaşlarından biri ilə münasibətlərinə ziyan vururlar».
XS
SM
MD
LG