Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:01

Ermənistan NATO ilə əməkdaşlığı gücləndirmək fikrində deyil


Ermənistan NATO ilə əməkdaşlıq formatlarını genişləndirməyəcək, - bunu Ermənistanın xarici işlər nazirliyi bildirib.

Nazirliyin nümayəndəsi Tigran Balaian Ermənistan-NATO əlaqələrini gücləndirmək haqda mətbuatda gedən yazılara münasibət bildirərək deyib ki,

“Bizim NATO ilə əməkdaşlığımızın müəyyən olunmuş formatı var, bizim bu formatı genişləndirmək və ya dəyişmək fikrimiz yoxdur”.

Aprelin 1-də Britaniyanın Guardian qəzeti Almaniyanın Spiegel jurnalına istinadən yazıb ki, NATO Ermənistan və Azərbaycanla hərbi əməkdaşlığı gücləndirmək planlarını hazırlayıb. Məlumata görə, Spiegele NATO üzvü olan dövlətlərin xarici işlər nazirlərinin Brüssel görüşü üçün hazırlanmış 7 səhifəlik sənəd sızıb və bu planlar haqda məlumat həmin sənəddədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG