Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:56

Azərbaycanda yol qəzalarında ölənlərin sayı Avropadakından 2 dəfə çoxdur


Foto: Arxiv

Foto: Arxiv

-
«Azərbaycanda yol qəzasında ölənlərin sayı Avropa Birliyi ölkələri üzrə orta göstəricidən təxminən 2 dəfə çoxdur».

Bunu «İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin sədr müavini Rövşən Ağayev AzadlıqRadiosuna deyir.
«Rəsmi məlumata görə, 2013-cü ildə yol qəzalarında həyatını itirənlərin sayı 1165 nəfər olub. Bu, əhalinin hər 1 milyon nəfəri hesabı ilə təxminən 130 nəfər deməkdir. Bizim bu göstəricimiz Avropa Birliyi ölkələri üzrə orta göstəricidən təxminən 2 dəfə çoxdur. Həmin ölkələrdə yol qəzasında ölənlərin sayı hər milyon nəfərə 65-70 nəfərdir».

İqtisadçı-ekspert onu da vurğulayır ki, Avropa Birliyi əhalisinin avtomobillə təminat səviyyəsi Azərbaycanla müqayisədə yüksəkdir:
«Bu ölkələrdə hər 1000 ailəyə orta hesabla 350-400 minik avtomobili düşürsə, Azərbaycanda həmin göstərici 100-ə çatır».

Ötən il Azərbaycanda 2800-ə yaxın yol qəzası baş verib. Hadisə nəticəsində 1100-dən çox adam ölüb, 3 minə yaxın adam xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG