Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:19

Penitensiar xidmət: “Qarovul heyəti təhlükəsizliyi təmin edib”


-
Penitensiar xidmət aprelin 1-də NİDA üzvləri ilə bağlı yayılan məlumatlara dair açıqlama verib.

Xidmətin internet səhifəsində verilən məlumatda qeyd edilir ki, məhkəmədən geriyə-Bakı İstintaq Təcridxanasına qaytarılarkən təcridxananın təhvil-təslim yerində başqa avtomobil olduğundan təqsirləndirilən şəxslərin olduğu maşın bir qədər gözləməli olub.

Qeyd olunur ki, bunu narazılıqla qarşılayan bir neçə təqsirləndirilən şəxs etiraz əlaməti olaraq xüsusi təyinatlı avtomobili döyəcləmiş, səs-küy salmağa başlamışlar. Həmin şəxslər qarovul heyəti tərəfindən intizama dəvət edilsələr də, buna məhəl qoyulmamış və öz hərəkətlərini davam etdirmişlər.

“Ona görə qarovul heyəti “Penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat”ın tələblərinə tam müvafiq olaraq təhlükəsizliyi təmin edib. Bu zaman heç bir şəxs xəsarət almayıb”, deyə xidmətin yaydığı məlumatda deyilir.

Amma həmin məlumatda təqsirləndirilən şəxslərin aparıldığı avtomaşına gözyaşardıcı qaz buraxılması barədə deyilənlərə aydınlıq gətirilmir.

Aprelin 1-də məhkəmədən geri təcridxanaya aparılarkən NİDA-çıların olduğu avtomaşına gözyaşardıcı qaz buraxıldığı barədə məlumat yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG