Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:43

Ermənistanda soyuqlar gələcək ərik məhsulunun 90 faizini məhv edib


Son günlərin qarı və soyuğu Ermənistanda gələcək ərik məhsulunun 90-95 faizini məhv edib. Bu da 25-30 milyon dollar itki deməkdir.

Bunu Ermənistanın Aqrar Birliyinin sədri Grach Berberian bildirib.

Onun sözlərinə görə, soyuqlardan əsas ziyan Ararat vadisinə və Yerevan ətrafına, meyvələrdən isə ərik, gavalı, armud, albalı ağaclarına dəyib.

Ermənistan ildə 50-55 min ton ərik istehsal edir. Bunun 20-22 min tonu ixraca gedir.
Həftəsonu Ermənistanda havanın temperaturu -3 dərəcəyə düşmüşdü. Qarın qalınlığı 20 sm-ə çatırdı.
XS
SM
MD
LG