Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:49

Kerry Azərbaycan qazından danışdı


Dövlət Katibi John Kerry, Brüssel, 2 aprel 2014

Dövlət Katibi John Kerry, Brüssel, 2 aprel 2014

Brüsseldə Avropa Birliyi-ABŞ Enerji Şurasının toplantısı başlayıb. Aprelin 2-də toplantı başlamazdan əvvəl ABŞ Dövlət katibi John Kerry çıxışında Avropanın enerji təchizatında Azərbaycanın rolunu vurğulayıb:

“Bizim gündəliyimiz və ya onun azı bir hissəsi Azərbaycandan Türkiyəyə və ordan Avropaya gedən Cənub dəhlizi ilə daha çox qaz alınmasına baxmaqdan ibarətdir. Başqa imkanlar da var, o cümlədən, Avropa boyunca planlaşdırılan qaz terminalları və qaz kəmərləri”.

Azərbaycanla Türkiyənin birgə həyata keçirəcəkləri Trans-Anadolu kəməri vasitəsilə qarşıdakı illərdə Avropaya ildə 60 milyon kubmetr qaz ötürülməsi planlaşdırılır. Qərbdə ümid edirlər ki, Mərkəzi Asiya regionundan – xüsusilə Qazaxıstan və Türkmənistandan da bu kəmərlə qaz almaq mümkün olacaq.

Bu ölkələr hazırda da Bakı-Tbilisi-Ceyhan kəməri ilə az miqdarda da olsa, Avropa bazarına neft çıxarırlar.

ABŞ Dövlət Katibi qeyd edib ki, artıq Atlantik okeanın hər iki tərəfində maye qaz istehsalı müəssisələri qurulur. Onun bildirdiyinə görə ABŞ-dan Avropaya maye qaz nəqlinə 2015-ci ildən başlamağa çalışırlar.

John Jerry bildirir ki, Avropanın enerji problemlərinin həlli “böyük miqyasda Trans-Atlantik əməkdaşlıq” tələb edir.

Uzun illərdir ki, Avropa Birliyi ölkələri özlərinin Rusiyadan enerji asılılıqlarını azaltmağa çalışırlar. Birlik ölkələri alternativ enerji təchizatçısı kimi Azərbaycana xüsusi önəm verirlər.

Hazırda Rusiya birlik ölkələrinin enerji təchizatında inhisarçı rola malikdir. Xüsusilə Rusiyanın Ukrayna ərazisinin bir qismini – Krım yarımadasını özünə ilhaq edəndən sonra Moskva ilə Qərb arasında münasibətlər gərginləşib. Ona görə Avropanın enerji təchizatı məsələsi də yenidən aktuallaşıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG