Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:47
Ermənistana xarici investisiyalar kəskin azalır.

Statistika Xidmətinin məlumatına görə, 2012-ci illə müqayisədə 2013-cü ildə birbaşa xarici investisiyalar 35 % azalıb və 469 milyon dollar olub.

Ermənistanda ikinci ildir ki, xarici investisiyalar azalır.

2012-ci ildə xarici investisiyalar 725 milyon dollar olmuşdu. Bu da öz növbəsində 2011-ci illə müqayisədə 20 % az idi. Həmin il Ermənistana 906 milyon dollar sərmayə gəlmişdi.

2013-cü ildə Ermənistana xarici investisiya 2007-ci ildən bəri ən aşağı həddə olub.

İqtisadçı Samvel Avakian deyir ki, xarici investisiyların azalmasının səbəblərindən biri iqtisadiyyatın inhisarlaşmasıdır.

Dünya Bankının hesabatına görə, keçmiş SSRİ və Şərqi Avropa ölkələri arasında ən inhisarlaşmış iqtisadiyyat Ermənistandadır.
XS
SM
MD
LG