Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:51
-
Avropa Birliyinin nümayəndəliyi hüquq müdafiəçisi Həsən Hüseynlinin məhkəməsini izləyəcək.

“Xuliqanlıq ittihamı barədə eşitmişik, ancaq bunun nəyi ehtiva etməsini bilmək üçün məsələni araşdırmalıyıq,” bunu Avropa Birliyinin Azərbaycandakı Səfiri xanım Malena Mard Gəncədə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin direktoru, fizik Həsən Hüseynlinin həbsinə dair AzadlıqRadiosunun sualını cavablandırarkən deyib:

“Onu da deməliyəm ki, AB nümayəndəliyinin bu QHT ilə çox faydalı əməkdaşlığı olub. Gəncədəki layihələrimizin nəticələrindən çox məmnun qalmışıq. Gənclər üçün müzakirə dərnəkləri açılıb. Özəlliklə bu səbəbdən hadisələrin inkişafını xüsusi diqqətlə monitorinq edəcəyik. Çünki bu şəxsin rəhbərlik etdiyi QHT ilə əməkdaşlıq etmişik”.

Malena Mard aprelin 2-də keçirilən məhkəmə prosesində ittihamların, hadisənin tarixçəsinin aydınlaşacağını sözlərinə əlavə edib.

Daxili İşlər Nazirliyi Həsən Hüseynlinin öz həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirdiyi üçün saxlandığını bildirib. Ona Gəncə Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Hüquq müdafiəçiləri prezidentdən Həsən Hüseynlinin azad olunmasını, ona böhtan atan şəxsin cəzalandırılması üçün ciddi ölçünün götürülməsini xahiş edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG