Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:11
-
Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsi Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubu türk ədəbiyyatına yüksək xidmətlərinə görə «Nazim Hikmət» Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görüb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğluya istinadən yaydığı xəbərə görə, iki ildə bir dəfə türk dünyası ədibləri arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə Zəlimxan Yaqub layiq görülüb.

M.Nəbioğlu bildirib ki, bu, Zəlimxan Yaqubun ilk beynəlxalq mükafatı deyil.

Təkcə Azərbaycanda deyil, bütün türk dünyasında məşhur olan və əsərləri sevilə-sevilə oxunan xalq şairi Zəlimxan Yaqub indiyədək bir sıra xarici ölkələrin, o cümlədən türkdilli dövlətlərin beynəlxalq mükafatlarını qazanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG