Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:26
-
Aprelin 1-də səhər saatlarından başlayaraq İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcrəvan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərinə elektrik enerjisinin verilişi dayanıb. Bunun nəticəsində 8 min nəfərədək adam ötən gecəni qaranlıqda keçirib. Sakinlər bildirir ki, elektrik infrakstrukturu ötən əsrin 50-ci illərində quraşdırıldığından, zəif külək əsəndə, yağıntı olanda elektrik dirəkləri aşır, xətdə qısaqapanmalar olur.

İmişli Elektrik Şəbəkəsinin rəisi Məmmədəli Kazımov problemin mövcudluğunu təsdiqləyir: “Hazırda rayonun 13 kəndində müasir avadanlıqlar quraşdırılır, hava xətləri yeraltı kabellərlə əvəzlənir. İşin həcmi çox olduğundan eyni vaxtda rayonun bütün yaşayış məntəqələrindəki infrastrukturu yeniləmək mümkün deyil. Aprelin 1-də Nizami xəttində qəza olub. Təmir briqadası bütün gecə işləyib, indi də iş davam edir. Bu gün həmin xətdən qidalanan yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olacaq”.
XS
SM
MD
LG